Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndlərindəki son hərbi əməliyyat zamanı Ermənistanın təxminən 171 hərbi qulluqçusu itkin düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Ermənistan rəhbərliyi isə bu rəqəmin 73 olduğunu söyləyir:
“Hadisənin ilk saatlarından etibarən Rusiya sülhməramlılarının dəstəyi ilə onlar haqqında hər hansı bir məlumat əldə etmək üçün təcili işlər aparılır”,- deyə bildirilir.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri baş qərargah rəisi, general-polkovnik Onik Qasparyan vəziyyəti yerindəcə aydınlaşdırmaq üçün Qarabağa gəlib.
Bizim.Media