Qarabağdakı məğlubiyyətinə görə keçmiş hakimiyyəti ittiham edən Paşinyan bu dəfə
Serj Sarkisyanın kürəkəni Mikael Minasyana cinayət işi açılmasını təklif edib.
Bizim.Media Ermənistan mətbuatına istinadən bildirir ki, onun bu təklifi M.Minasyanın onun barəsində Qarabağ ərazilərini satdığına görə 5 milyard dollar aldığını iddia etməsi olub.
"Mikael Minasyanın ifadələri əsasında cinayət işi açılmalı və bunun doğru olub olmadığı öyrənilməlidir. Həm də kimin xain olduğu ortaya çıxar",- deyə Paşinyan bildirib.
Bizim.Media