Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, hərbçi Vahe Hovhannesoviç Babayan, Müdafiə Ordusunun şimal-şərq istiqamətində yerləşən hərbi hissələrin birində güllələnib.
Hadisə 15 dekabr saat 14: 17-də baş verib. Bu barədə hərbi qərargahdan məlumat verib.
Qeyri rəsmi məlumatlara görə, hadisə hərbi hissənin daxilində baş verən ixtişaşlar nəticəsində yaşanıb. Son zamanlar Ermənistan ordusunda baş verən özbaşınalıq, nizam-intizamsızlıq halları geniş vüsət alıb. Əmrə tabe olmaq istəməyən əsgərlər zabitləri tərəfindən güllənir.
Hadisə ilə bağlı araşdırılma başladılıb.
Vüsalə Balayeva, Bizim.Media