Ermənistan baş naziri Nikol Paşinyanın atası Vova Nikoloviç Paşinyan bu gün dünyasını dəyişib.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə “Nairi” xəstəxanasından məlumat verilib.
Məlumata görə, o, uzun sürən xəstəlikdən sonra 81 yaşında ölüb. Vova Nikoloviç uzun müddət xərçəngdən əziyyət çəkib. O, bir həftə idi ki, xəstəxanada müalicə alırdı.
Tibb mərkəzi hələ ki, məlumat haqqında rəsmi açıqlama yaymayıb.
Paşiniyanın atası iki dəfə evlənib, ikinci həyat yoldaşı ilə İcevanda yaşayırmış. Uzun müddət bədən tərbiyyəsi müəllimi işləyib.
Oğlunun hakimiyyətə gəldiyi dövrdə mətbuata verdiyi açıqlamada bildirib ki, Ermənistanda Nikoldan daha ağıllı adamlar var idi.
Vüsalə Balayeva, Bizim.Media