Separatçıların başçısı Arayik Arutyunyan Hadrut bölgəsinin Çaylaqqala kəndi yaxınlığında onlarla erməni hərbçisinin əsir götürüldüyünü təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Arutyunyan feysbuk hesabında paylaşım edib.
O, əsirlərin tez və təhlükəsiz şəkildə qaytarılması üçün əlindən gələni edəcəyinə söz verib:
"Təəssüf ki, Xtsaberd (Çaylaqqala-red) yaxınlığında onlarla hərbçimiz əsir götürülüb. İndi Müdafiə Nazirliyi yaranmış vəziyyətə aydınlıq gətirir"- deyə o bildirib.
Qeyd edək ki, qondarma respublikanın “insan haqları müdafiəçisi” Artak Beqlaryan da Çaylaqqala kəndi istiqamətində bir neçə bölmənin 60-a yaxın hərbçisinin itkin düşdüyünü bildirib.
Bizim.Media