Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev Rusiyalı sülhməramlılar tərəfindən Kəlbəcərdə saxlanılıb.
Bizim.Media news.am saytına istinadən bildirir ki, bu xəbəri “Millitarist” teleqram kanalı yayıb.
Kanalın verdiyi məlumata görə, azərbaycanlı jurnalist Xudavəng Məbədini ziyarət etmək və oradan reportaj hazırlamaq fikrində olub. Kəlbəcər Azərbaycan Ordusunun nəzarətində olmasına baxmayaraq, məbəd Rusiya sülhməramlıları tərəfindən qorunur.
Eynulla Fətullayevin sonrakı taleyi haqda məlumat verilmir.
Xatırladaq ki, Haqqın.az saytının baş redaktoru artıq bir müddət idi ki, Azərbaycanın azad edilmiş torpaqlarından reportajlar hazırlayırdı.
Bizim.Media