Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan Ermənistan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bizim.Media xəbər verir ki, informasiyanı erməni mətbuatı yayıb.
Bu barədə prezident Armen Sarkisyan sərəncam imzalayıb. Vardan Toqanyan digər sərəncamla səfir vəzifəsindən geri çağırılıb.
Xatrıladaq ki, Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan iyulun 20-də istefa verib. Son zamanlar mediada onun səfir təyin olunması ilə bağlı şayiələr aktiv şəkildə yayılır.
1999-2000-ci illərdə Vaqarşak Arutyunyan müdafiə naziri vəzifəsində çalışıb. Sonra siyasi fəaliyyətə başlayıb. 2002-ci ildə o vaxtkı prezident Robert Köçəryan tərəfindən rütbəsi aşağı salınıb və general-leytenant rütbəsindən məhrum edilib. 2019-cu ildə prezident Armen Sarkisyanın fərmanı ilə o, vəzifəsinə bərpa edilib. 2020-ci ilin avqustunda o, baş nazir Nikol Paşinyanın baş müşaviri, həmin il noyabrın sonunda isə müdafiə nazirliyinin rəhbəri təyin edilib.
Bizim.Media