Gürcüstanda koronavirusun Omikron ştammına yoluxanların sayı artıb.
Bizim.Media "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə üzrə Milli Mərkəz hazırda 148 nəfərin yeni ştamma yoluxduğunu açıqlayıb.
Qeyd edək ki, Gürcüstanda Omikrona ilk iki yoluxma halı dekabrın 20-də təsdiq edilib.
Bizim.Media