Azərbaycan ötən il çoxlu sayda silah alıb. Üstəlik, həmin silahlardan bir çoxu əvvəllər heç vaxt onlarda olmayıb.
Bizim.Media xəbər verir ki, erməni hərbi ekspert Van Ambartsumyan “Fastinfo”ya verdiyi müsahibəsində bu fikirləri bildirib.
“Azərbaycan 18 ölkədən silah alıb, Qarabağda yeni hərbi hissələr açıb, Ermənistan isə Rusiyanın öz silahlarından xeyriyyə yardımı kimi nə göndərəcəyini gözləyir", - V.Ambartsumyan deyib.
Ekspert onu da əlavə edib ki, Rusiya bəzən Ermənistana müxtəlif növ silahlar göndərir, lakin bu, kifayət etmir:
“Ermənistanla Azərbaycan arasında silah balansı pozulur. Müharibə yenidən başlasa, bu tarazlıq Ermənistanın başında pozulacaq”.
Bizim.Media