Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə ölkəsində lağ və sərt tənqid hədəfinə çevrilib. Belə ki, o,Yeni il ərəfəsində ölkədəki hərbi hissələrdən birinə baş çəkib.
Bizim.Media xəbər verir ki, əsgərlərlə musiqi sədaları altında şıdırğı rəqs edən baş nazirin bu hərəkəti ölkədə birmənalı qarşılanmayıb.
Sosial şəbəkələrdə bəzi ermənilər Paşinyanla oynayan əsgərləri, bəziləri Paşinyanın rəqsini tənqid ediblər.
Bizim.Media