Ermənistanın Azərbaycana müqavimət göstərmək şansı yoxdur.
Bizim.Media xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Vasili Kaşin “MK” nəşrinə müsahibəsində səsləndirib.
Onun fikrincə, 2020-ci il münaqişəsinə qədər də Ermənistan qonşusu ilə müqayisədə hərbi cəhətdən daha zəif dövlət idi və Ermənistan Silahlı Qüvvələrinin böyük hissəsi məğlub olduqdan sonra heç bir revanşdan söhbət gedə bilməz.
“Sərhəddə vaxtaşırı lokal atışmalar baş verə bilər, lakin ermənilərin Azərbaycana müqavimət göstərməyə nə gücü, nə də imkanı çatır”, deyə o, qeyd edib.
Bizim.Media