Ermənistanın sabiq baş naziri, İrəvanın keçmiş meri Karen Karapetyan Nikol Paşinyan hökumətini istefaya çağırıb.
Bizim.Media xəbər verir ki, o ölkəsinin dərin mənəvi, psixoloji, siyasi, iqtisadi, sosial böhran yaşadığını bildirib.
O deyib ki, hakimiyyət dəyişilməsə millətin potensialından istifadə etmə imkanlarını məhdudlaşdıracaq.
Karapetyanın sözlərinə görə, bir tərəfdən Azərbaycanın uğurlarını möhkəmləndirməyə yönəlmiş ardıcıl siyasət, digər tərəfdən Ermənistanı gözləyən çətinliklər nəzərə alındıqda, bu böhran hər yeni gün ölkəyə və xalqa ziyan vurmağa davam edəcək.
Bizim.Media