Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin ilk görüşünün vaxtı açıqlanıb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bu baradə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Tarix hələ məlum deyil, lakin görüşün yanvarda baş tutacağı gözlənilir”, - deyə M.Çavuşoğlu deyib.
O əlavə edib ki, yaxın günlərdə İstanbul və İrəvan arasında aviareyslər açılacaq.
Bizim.Media