Gürcüstan parlamenti Tütünə nəzarət haqqında Qanuna və İnzibati Xətalar Məcəlləsinə düzəlişləri qəbul edib.
Bizim.Media "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, qanunla taksilər, katerlər və yeniyetmələrin olduğu fərdi avtomobillərdə siqaret çəkməyə qadağa tətbiq ediləcək.
Qadağaya əməl etməyən sürücülər 200 lari (110 AZN) məbləğində cərimə ediləcək.
Uşaqların olduğu fərdi avtomobillərdə tütün məmulatlarından istifadə edən sürüclər isə 50 lari (27 AZN) məbləğində cərimə gözləyir.
Bizim.Media