İran hakimiyyəti Ermənistanın Zəngəzur mahalının Qafan şəhərində baş konsulluq açmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi İRNA məlumat yayıb.
Qeyd olunur ki, İran hökuməti dekabrın 29-da keçirilən iclasda Xarici İşlər Nazirliyinin Qafan şəhərində konsulluğun açılması təklifini bəyənib.
Həmin iclasda İranın Bəndər Abbas limanında Çin konsulluğunun yaradılması təklifi də müsbət qarşılanıb.
Qeyd edək ki, Qafan şəhəri Azərbaycan sərhədindən bir neçə yüz metr aralıqda yerləşir.
Bizim.Media