Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, sülhməramlı qüvvələr artıq planlaşdırılmış işləri görməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya mətbuatı yayıb.
O, bütün bu müddət ərzində Dağlıq Qarabağda, Suriyada və Rusiyanın xaricdəki digər bazalarında xidmət edən bütün komandirlərə, hərbçilərə, sıravi əsgərlərə, çavuşlara təşəkkürünü bildirib.
“Bir il əvvəl Qarabağda son dərəcə çətin, son dərəcə kəskin vəziyyət yarananda baş verənlər danışıqları aparan Ali Baş Komandanımızın (Putin nəzərdə tulur) səyi ilə aradan qaldırıldı”, deyə o, qeyd edib.
Şoyqu vurğulayıb ki, bir il ərzində sülhmıramlılar üç mindən çox obyekti istismara verib.
Bizim.Media