Rusiya Hərbi Hava Qüvvələrinin Suriyadakı Xmeymim bazasında “Milli mətbəx günü” adlı qastronomik aksiya keçirilib.
Bizim.Media “Zvezda” telekanalına istinadən xəbər verir ki, Suriyadakı Xmeymim aviabazasındakı adi ordu yeməkxanası əsl milli mətbəx restoranına çevrilib.
Ermənilər də burada öz “məharətlərini” nümayiş etdiriblər, azərbaycanlılara məxsus dolma və paxlavanı öz mətbəxləri kimi rus hərbçilərinə dadızdırıblar.
Aviabaza komandanlığının nümayəndəsinin sözlərinə görə, bu cür aksiyaların üç əsas məqsədi var: hərbçiləri mükəmməl xidmətə həvəsləndirmək, onların qida rasionunu şaxələndirmək və qardaş xalqların mətbəxi ilə tanış etmək.
Artıq Xmeymim bazasında Qazax və Belarus mətbəxi günü keçirilib. Növbəti dəfə isə menyuya digər qonşu ölkələrin yeməkləri təqdim olunacaq.
Bizim.Media