Xəbər verdiyimiz kimi, ərazilərə qeyri-qanuni səfərlərinə görə Azərbaycanın “qara siyahısı”na salınan Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov yenidən Qarabağa səfər edib. Bu haqda o, özünün Facebook səhifəsində paylaşım edib.
Bizim.Media ermənilərə məxsus Telegram kanallarına istinadən xəbər verir ki, bu gün o, Xankəndidə yerləşən 6 nömrəli məktəbdə şaxtababalıq edərək Yeni il qabağı tədbir keçirib və erməni uşaqlarına hədiyyələr təqdim edib.
Qeyd edək ki, Azərbaycan qanunlarını pozaraq qədim şəhərimizə gələn və erməni diasporunun pulu ilə özünə həyat quran Milonov kiçik uşaqlarla əyələnməklə yeni divident qazanmaq istəyir.
Təbii ki, onun bu addımı rəsmi Bakı tərəfindən birmənalı qarşılanmayacaq. Yəqin ki, hələ uzun müddət ölkəmizin “qara siyahısı”nda qalacaq.
Bizim.Media