Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov yenidən Qarabağa səfər edib.
Bizim.Media xəbər verir ki, bu haqda o, özünün Facebook səhifəsində paylaşım edib.
“Mən məmnuniyyətlə “Artsax” (Qarabağda qondarma rejim) “prezidenti” Araik Arutyunyanla görüşdüm. Biz regiondakı vəziyyəti, müharibədən sonrakı dövrdə kilsələrin, xristian icmalarının və “respublika”da həyatın qorunub saxlanılması və bərpasının zəruriliyini müzakirə etdik”, deyə o, qeyd edib.
Xatırladaq ki, Vitali Milonov ərazilərə qeyri-qanuni səfərlərinə görə Azərbaycanın “qara siyahısı”na salınıb.
Bizim.Media

