Ermənistan 2020-ci il üçün keçmiş SSRİ ölkələri arasında işsizliyə görə anti-reytinqdə 20,2% ilə birinci yeri tutub.
Bizim.Media Sputnik nəşrinə istinadən xəbər verir ki, ikinci yerdə 12,1 faizlə Gürcüstan, üçüncü yerdə 9,5 faizlə Ukrayna qərarlaşıb.
Azərbaycan işsizlik səviyyəsi 9-cu yerdədir. Rusiyada işsizlik səviyyəsi 5,7% təşkil edib.
Keçmiş SSRİ-nin bütün ölkələrindən ən aşağı səviyyə Türkmənistanda qeyd alınıb. Belə ki, 2020-ci ildə Türkmənistanda işsizlik səviyyəsi 4,4% təşkil edib.
Bizim.Media
