“Hakimiyyətə gəlsəm, heç olmasa keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərini bərpa etməyə, Hadrut və Şuşanı qaytarmağa çalışacağam”.
Bizim.Media xəbər verir ki, bu fikirləri bu gün ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Ermənistanın ikinci prezidenti Robert Köçəryan səsləndirib.
O, bunun üçün müəyyən şansın olduğunu vurğulayıb.
Köçəryan ondan əraziləri necə qaytarmağa çalışacağını soruşduqda, bunun uzun söhbətin mövzusu olduğunu deyib:
“Hər halda, heç nə etməyə çalışmamaq ən pis ssenaridir”.
Bizim.Media