Gürcüstanda daha 19 nəfərdə koronavirusun “omikron” ştamı aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bununla da ölkədə “omikron”a yoluxanların ümumi sayı 48-ə çatıb.
Xatırladaq ki, Gürcüstanda COVID-19-un mutasiya etmiş növünə ilk yoluxma halı dekabrın 20-də təsdiqlənib.
Bizim.Media