Türkiyə istehsalı olan koronavirusa qarşı "TURKOVAC" peyvəndinin ilk partiyası Ankara şəhəri Səhiyyə İdarəsinin anbarlarına daxil olub.
Bizim.Media xəbər verir ki, peyvəndin seriya istehsalı Şanlıurfanın cənub-şərqindəki sənaye zonasında davam edir.
150 min dozalıq vaksinin ilk partiyası paytaxtın Esenboğa hava limanı ərazisindəki dərmanların saxlanma anbarlarına çatdırılıb. (Trend)
Bizim.Media