Gürcüstanda koronavirusun “Omikron” ştamına 5 yeni yoluxma qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.
O, ümumlikdə yeni ştama 29 yoluxma olduğunu vurğulayıb.
Qeyd edək ki, qonşu ölkədə "Omikron"a 2 yoluxma halı dekabrın 20-də təsdiqlənib.
Bizim.Media