Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası baş nazir postuna Giorgi Qaxarianın namizədliyini irəli sürüb.
Bizim.Media Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bundan sonra G.Qaxariya hökuməti formalaşdırmağa başlayacaq.
Qeyd edək ki, dekabrın 11-də Baş nazir G. Qaxaria hökumətin istefası ilə əlaqədar parlamentə müraciət edib və parlament Baş nazirin müraciətini nəzərə alıb.
Gürcüstan qanunvericiliyinə əsasən, hökumət yeni seçilmiş parlamentin səlahiyyətlərinin təsdiqlənməsindən sonra istefa verməlidir. Bundan sonrakı iki həftə ərzində isə parlament seçkilərində qalib gələn partiyanın təqdim etdiyi hökumətin tərkibinə etimad səsverməsi keçirilməlidir.
Bizim.Media