“Əsirlərin mübadiləsinin başlanmasına, məhkumlarımızın qaytarılmasına yaxınlaşırıq”.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan ''Facebook'' səhifəsində xalqa müraciəti zamanı bildirib.
“Çox keçmədən rəsmi təsdiqlənmiş əsirlər qrupunun qaytarılmasını gözləyirik. Bu mərhələdə şəxsiyyətləri Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan tərəfindən təsdiqlənmiş əsirləri geri qaytaracağıq”,- deyə Paşinyan qeyd edib.
Ermənistanın baş naziri xalqa müraciətində istefası məsələsinə də toxunub. O deyib ki, xalqın iradəsi olmadan istefa verməyəcək:
"Xalqın mənə verdiyi statusu yalnız xalqın iradəsinin etibarlı nəticələri əsasında rədd edə bilərəm. Belə bir iradə olmadığı müddətcə baş nazir funksiyasını yerinə yetirməyə davam edəcəyəm".
O, ailə üzvlərinin Ermənistanı tərk etməsi barədə mətbuatda yayılan məlumatları da təkzib edib.
Bizim.Media