“Müharibə başlayan kimi Ermənistan hərbi aviasiya sistemlərinin 50 faizini, artileriyasının isə 40 faizini itirib”.
Bizim.Media erməni mətbuatına istinadla xəbər verir ki, bunu qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Samvel Babayan deyib.
O bildirib ki, Azərbaycan hərbçiləri irəlilədikcə Ermənistan ordusunda çaxnaşma yaşanıb:
“Ordumuz görəndə ki, düşmənə təzyiq göstərə, hücumunun qarşısını alıb yerində oturda bilmir, o zaman hərbçilərdə qorxu yaranaraq çaxnaşma baş qaldırırdı”.
Samvel Babayan orduda fərariliyin olduğunu da söyləyib:
“Qaçanlar da var idi. Cəlal Arutyunyan 19 yaşlı uşağı tağım komandiri təyin etmək üçün ona leytenant vermək məcburiyyətində qalmışdı”.
Bizim.Media