Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələri üçün indiyədək 530-dən çox texnika daşınıb. 250-dən çox təyyarə reysi həyata keçirilib, 2000-ə yaxın şəxsi heyət çatdırılıb.
Bizim.Media xəbər veir ki, bunu Rusiya Müdafiə nazirinin müavini Dmitri Bulqakov deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi şəraitini yaxşılaşdırmaq üçün müxtəlif həcmlərdə 31 blok-modul şəhərcik yaradılıb:
''Rusiya sülhməramlılarının təchizatı Ermənistan ərazisi üzərindən aviasiya və Azərbaycan üzərindən dəmiryol nəqliyyatı ilə həyata keçirilir. Bu vaxta qədər regionda Rusiya sülhməramlılarına qarşı hansısa təxribat qeydə alınmayıb''.
Bizim.Media