Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin peşə bayramı ilə bağlı keçirilən tədbirdə diqqətçəkən bəyanatla çıxış edib.
Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan 2020-ci ilin noyabrında Qarabağla bağlı üçtərəfli bəyanatı imzalayandan sonra ölkə daxilində bir dəfə də olsun atəşin açılmadığını və vətəndaş qarşıdurmasının baş vermədiyini bildirib.
Qeyd edək ki, Paşinyan bu bəyanatı ilə 44 günlük müharibədən sonra baş verən bütün silahlı təxribatların və toqquşmaların arxasında erməni tərəfinin olduğunu etiraf edib.
Ermənistan baş nazirinin sözlərindən belə çıxır ki, 2020-ci il noyabrın 10-dan sonra bütün atışma və döyüşlər Azərbaycanın suveren ərazisində baş verib, Ermənistanda bir dəfə də olsun güllə atılmayıb.
Bizim.Media