İslamabadda Türkiyə və Azərbaycanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Ceyhun Bayramov arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Türkiyə mətbuatı yayıb.
“Biz Qafqazda baş verənləri müzakirə etdik. Bu istiqamətdə hər bir addım Azərbaycanla birgə atılacaq”, - deyə türkiyəli nazir “Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, Bayramov və Çavuşoğlu İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 17-ci iclasında iştirak etmək üçün Pakistana gəliblər.
Bizim.Media