İranın atom danışıqlarında iştirak edən nümayəndə heyətinin başçısı Əli Baqeri müzakirələrə bir neçə günlük ara verildiyini deyib.
Bizim.Media xəbər verir ki, o, bu barədə "Twitter" hesabında paylaşım edib.
Ə.Baqeri bildirib ki, bu həftə baş tutan müzakirələrdə yaxşı nəticələr əldə edilib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi isə İranın nüvə mərkəzlərində təftiş aparılmadan Vyana danışıqlarının uğurlu olmayacağını bildirib.
Qeyd edək ki, bir çox mütəxəssislər İranın danışıqlarla yalnız vaxt udmağa və bununla da nüvə silahı hazırlamağa çalışdığını bildirirlər.
Bizim.Media