Ermənistanı uşaqların Avroviziya müsabiqəsində (Eurovision junior) təmsil edən müğənni Malena (14 yaş) azərbaycanlılara müraciət edib.
Bizim.Media xəbər verir ki, o, azərbaycanlıları ona dəstək olmağa çağırıb.
Malena həmyerlilərinin azərbaycanlı iştirakçı Sona Əzizovanı dəstəkləyəcəklərini diqqətə çatdırıb.
Qeyd edək ki, Uşaq Avroviziya-2021 mahnı müsabiqəsi bu il dekabrın 19-u Fransada keçiriləcək. Azərbaycanı Uşaq Mahnı Müsabiqəsində təmsil edən Sona Əzizova “One Of Those Days” adlı lirik mahnını səsləndirəcək.
Bizim.Media
