Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin səhhətində yenidən problem yaranıb.
Bizim.Media "Sputnik Gürcüstan"-a istinadən xəbər verir ki, anası Julie Alasania oğlunun müvazinətini saxlaya bilmədiyini deyib.
O, M.Saakaşvilinin əvvəllər belə problemlərlə üzləşmədiyini bildirib.
“Əvvəllər o, yaxşı yeriyirdi, amma indi onun üçün müvazinətini saxlamaq çətindir”, - deyə J.Alasania vurğulayıb.
Bizim.Media