İranda son 20 ildə misli görünməmiş dərman çatışmazlığı yaşanır.
Bizim.Media İSNA agentliyinə istinadən xəbər verir ki, son günlər xəstələr əllərində resept aptekləri gəzsələr də, dərman tapa bilmirlər.
Tək xaricdən idxal edilən deyil, yerli istehsal olan dərmanlar da apteklərdə tapılmır.
İranın Dərman İstehsalçıları Birliyinin rəis müavini Əli Fatimi də faktı təsdiqləyib.
Problemin dövlətin bir çox sahələrdə, xüsusən də valyuta sahəsində yürütdüyü yanlış siyasətdən qaynaqlandığı deyilir.
Bizim.Media