Türkiyədə bu gün iki zəlzələ qeydə alınıb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki,ilk yeraltı təkan Elazığ əyalətinin Maden rayonunda, yerli vaxtla saat 19:58-də, 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 6,9 km dərinlikdə yerləşib.
Madendə saat 20:10-da 3,6 maqnitudada ikinci zəlzələ də baş verib. Zəlzələ ocağl 6,9 km dərinlikdə yerləşib.
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) dağıntı və yə tələfat qeydə alınmadığını açıqlayıb.
Bizim.Media