Ukrayna Prezidenti Vladimir Zelenski qarşıdakı aylarda Donbasla bağlı referendumunun keçiriləcəyini istisna etməyib.
Bizim.Media "Ria Novosti"-yə istinadən xəbər verir ki, Ukrayna lideri referendum məsələsində statusdan söhbət getmədiyini bildirib:
“Burada statusdan söhbət getmir. Bu, müharibənin dayandırılması ilə bağlı ola bilər”, - deyə Zelenski bildirib.
O, Ukraynanın cənub-şərqində konfliktin həlli ilə bağlı Rusiya Prezidenti ilə birbaşa danışıqların ola biləcəyi ehtimalını da dilə gətirib.
Bizim.Media