Türkiyədə lazer silahı ilə təchiz edilmiş “Eren” adlı PUA-nın sınaqları keçirilib.
Bizim.Media "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 500, 300 və 100 metr məsafədən atış sınaqları uğurlu olub.
Qeyd edək ki, “Eren” PUA-lar TÜBİTAK və ASİSGUARD müdafiə şirkətləri tərəfindən hazırlanıb.
Sözügedən PUA-nın maksimal uçuş hündürlüyü 3000 metrdir.
Bizim.Media