Ermənistanın “Birləşmiş Vardenis” müxalif blokunun rəhbəri Aram Arutyunyan həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
A.Arutyunyanın vəkili vəkili Bakur Ohanyan qərardan apellyasiya şikayəti verəcəklərini deyib.
Qeyd edək ki, o, Vardenis vilayətinin keçmiş meridiri.
Keçmiş mer vəzifə səlahiyyətlərindən açıq-aşkar sui-istifadə, dələduzluq və sənədlərin saxtalaşdırılması ilə ittiham olunur. O, 231,9 milyon dram (təxminən 465 min dollar) mənimsəmədə günahlandırılır.
Bizim.Media