Bu gün Azərbaycanla sərhəddə baş verən atışma nəticəsində Ermənistan silahlı qüvvələrinin 1 hərbçisi ölüb və bir neçəsi yaralanıb.
Bizim.Media xəbər verir ki, bu iddianı Ermənistan Müdafiə Nazirliyi irəli sürüb.
Mənbə yazır ki, ölən, eləcə də yaralıların səhhəti ilə bağlı məlumatlar daha sonra açıqlanacaq. Günorta radələrində başlayan atışmanın hazırda dayandırıldığı iddia edilir.
Xatırladaq ki, cümə günü ermənilər Azərbaycanla sərhəddə yerləşən Basarkeçərin Zod kəndi yaxınlığında təxribat törədiblər.
Bizim.Media