Azərbaycanın dekabrın 4-də Ermənistana qaytardığı şəxslərin bəziləri həbs edilib.
Bizim.Media xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin sözçüsü Vardan Tadevosyan faktı təsdiqləyib.
“Hazırda ağır nəticələrə səbəb olan hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması faktı üzrə başlanmış cinayət işi çərçivəsində 5 hərbçi saxlanılıb”, - deyə V.Tadevosyan əlavə edib.
Hərbçilərin həbsi ilə bağlı vəsatətlər məhkəməyə təqdim edilib. (Sputnik Ermənistan)
Bizim.Media