Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze istefa verib.
Bizim.Media xəbər verir ki, o, bununla bağlı jurnalistlər üçün brifinq keçirib.
E.Tikaradze tibb sektorunda çalışanlara əməkdaşlığa görə minnətdarlığını bildirib.
Qeyd edək ki, E.Tikaradze 2019-cu ildən nazir vəzifəsini tuturdu. (Sputnik Gürcüstan)
Bizim.Media