Ermənistanın paytaxtı İrəvanda etirazçılarla polis arasında yenidən toqquşma yaşanıb.
Bizim.Media erməni mətbuatına istinadla xəbər verir ki, aksiya iştirakçıları İrəvandakı Fransa Meydanına toplaşmağa cəhd göstəriblər. Lakin polis onların bu istəyinin qarşısını alıb.
Hüquq-mühafizə orqanın əməkdaşları aksiya iştirakçılarından bəzilərini saxlayıblar.
Qeyd edək ki, etirazçılar Ermənistanın Baş Naziri Nikol Paşinyanın istefaya getməsini tələb edirlər.
Bizim.Media