Rusiyanın "İctimai rəy" fondunun apardığı sorğuya əsasən, ölkə vətəndaşlarının 58 faizi prezident Vladimir Putinə etibar edir.
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, sorğuda iştirak edənlərin 31 faizi ona etimad etmədiyini söyləyib.
Respondentlərin 11 faizi isə suala cavab verməkdə çətinlik çəkib.
Sorğuda iştirak edənlərin 61 faizi hesab edir ki, Putin vəzifəsini yaxşı icra edir. 25 faizi isə əksini deyib. Digər 14 faiz isə suala cavab verə bilməyib.
Bizim.Media