“Əl-Cəzirə” Bakıda keçirilən Zəfər paradı ilə bağlı məqalə dərc edib.
Bizim.Media xəbər verir ki, nəşrin dərc etdiyi məqalədə Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə toxunulub.
Parada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qatılması Türkiyə-Azərbaycan birliyini təsdiqi kimi qiymətləndirilib.
Yazıda üçtərəfli bəyanatdan söz açılıb. Qeyd edilib ki, 6 həftəlik döyüş əməliyyatları Azərbaycanın qələbəsi ilə nəticələnib. Ermənistan tərəfində isə razılaşma kütləvi etirazlara səbəb olub:
“Əliyev və Ərdoğan Bakıdakı paradı izləyərkən İrəvanda etirazçılar Paşinyanın istefasını tələb edib".
Məqalədə Azərbaycan və Türkiyə dövlət başçılarının paraddakı çıxışlarından da sitat gətirilib.
Bizim.Media