Ermənistanda etirazçılar təxminən bir saat İrəvan metrosunun işinə mane olublar.
Bizim.Media xəbər verir ki, bu barədə İrəvan Metropoliteninin mətbuat katibi Tatev Xaçatryan açıqlama verib.
O bildirib ki, aksiya iştirakçıları saat 09:08-dən 09:45-ə qədər yeraltı nəqliyyatın hərəkətinə maneə yaradıblar.
Qeyd edək ki, Paşinyanın istefası tələbi ilə noyabrın 10-dan etibarən İrəvanda aksiyalar və yürüşlər keçirilir
Bizim.Media