Nikol Paşinyanın qızı Mariamın istirahətini erməni diasporunun qəzəbli nümayəndəsi pozub.
Bizim.Media xəbər verir ki, bu haqda görüntülər Akop Bereberyanın Facebook səhifəsində yerləşdirilib.
Kadrlarda Mariamın dostları ilə birlikdə kafelərdən birində necə dincəldiyi görünür. Bu zaman diaspor nümayəndəsi onlara yaxınlaşaraq Nikol Paşinyanın (Mariamın atası) 5 min insanı qətlə yetirdiyini deyir və əlavə edir: “Siz İud ailəsindənsiniz”.
Bizim.Media