Ermənistanın 36 icmasında yerli özünüidarə orqanlarına seçkilər keçirilir.
Bizim.Media "sputnik armenia"ya istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla səhər saat 8-də açılıb.
Seçkilər proporsional sistem üzrə keçirilir.
Xatırladaq ki, bu il Ermənistanın müxtəlif icmalarında yerli özünüidarə orqanlarına seçkilər üçüncü dəfədir ki, keçirilir. Belə ki, oktyabrın 17-də və noyabrın 14-də bir sıra icmalarda səsvermə təşkil olunub.
Bizim.Media