Xocavənd rayonunda erməni əsgərin qalıqları aşkar edilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı ermənilərə məxsus Telegram kanalları yayıb.
Mənbə yazır ki, Qarabağda 44 günlük müharibə zamanı həlak olan hərbçilərin və mülki şəxslərin qalıqlarının axtarışı bu gün bərpa edilib.
Bir axtarış qrupu Suqovuşanda iş aparıb. Axtarışlar heç bir nəticə verməyib. Xocavənd rayonunda idə erməni əsgərin cəsədi tapılıb. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq.
Müharibə bitəndən indiyədək Qarabağda ümumilikdə 1703 erməninin cəsədi tapılıb.
Bizim.Media