Qondarma rejimin "xarici işlər naziri" tədbirlərin birində müxtəlif bəyanatlar verib.
Bizim.Media "news.am"a istinadən xəbər verir ki, Babayan "Artsax"ın xarici siyasətindən bəhs edərkən münaqişənin nizamlanmasına da toxunub.
Onun fikrincə, separatçı rejimin müstəqil dövlət kimi tanınması problemin ən ədalətli həllidir:
"Azərbaycanın tərkibində heç bir status istəmirik".
Babayanın yadına salaq ki, statusu Azərbaycan da istəmir və Prezident İlham Əliyevin sözlərilə desək, status məsələsi də münaqişə kimi tarixin arxivinə gömülüb.
Əlavə edək ki, "Artsax" təmsilçilərinin bəyanatları orada yaşayan ermənilərin mövqeyi deyil. Çünki Qarabağ erməniləri ya Cənubi Qafqazdan köçmək, ya da Azərbaycan vətəndaşı olmaq istəyirlər.
Bizim.Media