"Gürcüstanda Mixeil Saakaşvili sizə lazım deyilsə, onu Ukraynaya qaytarın, bizə lazımdır".
Bizim.Media xəbər verir ki, bu sözləri M.Saakaşvilinin həyat yoldaşı Yelizaveta Yasko deyib.
O, eks-prezidentin səhhətindən də danışaraq, M.Saakaşvilinin zəif olduğunu bildirib:
“O, ilk növbədə bu soyuq havada prosesləri işıqlandırmağa çalışan jurnalistlərə salamlar göndərir. Dünənki məhkəmə göstərdi ki, hakimiyyət onun ölümünü və ya uzun illər azadlıqdan məhrum edilməsini istəyir”, - deyə Liza Yasko bildirib. (Axar.az)
Bizim.Media